Nazirlik Şabranda uşaq bağçası ilə bağlı yayılan məlumatı araşdırır

25 May 2022 23:38 (UTC+04:00)

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumata əsasən bildiririk ki, hazırda məsələ araşdırılır.

Teleqraf.com-un məlumatına görə, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara keyfiyyətsiz verilən qida ilə bağlı fotolar yayılıb.