Kiyev NATO-nu hərəkətsizlikdə günahlandırdı

26 May 2022 01:44 (UTC+04:00)

NATO Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almaq üçün bir addım belə atmağa cəsarət etmədi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba Davosda deyib.

O, NATO-nun Ukrayna-Rusiya müharibəsindəki mövqeyini “faktiki fəaliyyətsizlik” kimi qiymətləndirib.

"NATO bir alyans, təşkilat olaraq tamamilə arxa plana keçir və əslində heç nə etmir. Bu barədə danışmaq məni incidir", - diplomat söyləyib.

Kuleba xatırladıb ki, müharibənin əvvəlində ictimai rəydə “yalnız müxtəlif səviyyələrdə narahatlıq ifadə etməyə qadir olan” güclü NATO və Aİ haqqında təsəvvür var idi. Amma müharibə “maskaları cıran” bir sınaq oldu.

Nazir bir sıra innovativ qərarlar qəbul edən Avropa İttifaqını nümunə göstərib.