Ermənistan ilk peykini Yerin orbitinə buraxdı – Paşinyan açıqladı

26 May 2022 12:32 (UTC+04:00)

Ermənistanın ilk kosmik peyki Yerin orbitinə buraxılıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, peyk ABŞ-ın Kanaveral burnunda yerləşən kosmik stansiyadan “SpaceX” kosmik gəmisi tərəfindən buraxılıb.

Paşinyan bunun Ermənistanın “Geokosmos” və İspaniyanın “Satlantis” şirkətləri arasında əməkdaşlıq nəticəsində baş verdiyini bildirib.