Müğənni səhnədə çıxış edərkən yandı

26 May 2022 20:13 (UTC+04:00)

Braziliyada müğənni səhnədə çıxış edərkən yanıb.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində sənətçi yüngül yanıq xəsarətləri alıb.

Xand Avyao adlı müğənni yerli festival çərçivəsində stadionda konsert proqramı ilə çıxış edərkən səhnədə alov püskürən qurğuya çox yaxın olduğu üçün faciə ilə üzləşib.

Xoşbəxtlikdən müğənni ciddi xəsarət almayıb və çıxışını davam etdirib.

“Saçlarım yanmışdı qırxmalı oldum. Sənətkar dostlarım, bu işdə diqqətli olun. Bəziləri onun yanmadığını düşünür, amma göründüyü kimi, güclü şəkildə yanır”, - braziliyalı əlavə edib.