Prezident: "Zəngilanı park şəhərinə çevirməliyik"

26 May 2022 23:42 (UTC+04:00)

"Zəngilanda biz şəhəri təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanda Baş planın təqdimatından sonra “sa_partners” şirkətinin nümayəndələri ilə söhbətində deyib.

Dövlət başçısı deyib: "Bilirsiniz ki, çoxlu ideyalar, təkliflər olur. Lakin yekdil qərarla sizin konsepsiya ən yaxşı kimi qəbul olundu. Mən belə hesab edirəm ki, o, təbiətə yaxşı inteqrasiya edilib. Xüsusilə, burada, Zəngilanda biz şəhəri təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik. Küçə boyu gəzərkən insanlar sanki özlərini parkda hesab etsinlər. Bəli, parkda, təbiətdə. Yaşayış binalarının konsepsiyası da yüksəkmərtəbəli olmayan, şəffaf, çox gözəl olmalıdır".