Hollivud ulduzu 67 yaşında vəfat etdi

26 May 2022 22:04 (UTC+04:00)

Amerikalı məşhur aktyor Rey Liotta vəfat edib.

Teleqraf.com xəbər verir ki, 67 yaşlı aktyorun ölümünün səbəbi bilinmir.

Qeyd edək ki, R.Liotta daha çox Martin Skorsezenin “Goodfellas” (“Yaxşı oğlanlar”) (1990) kriminal dramı ilə tanınır.