Müharibənin gedişini dəyişəcək qərar – Gələn həftə vəziyyət fərqli ola bilər

27 May 2022 09:53 (UTC+04:00)

ABŞ hökuməti Ukraynaya yeni silah partiyası, o cümlədən müasir reaktiv yaylım atəşi sistemləri göndərməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumatına görə, Bayden administrasiyası Ukraynanı ehtiyacının olduğu müasir sistemlərlə təmin etmək qərarı verib.

Ukrayna Xarici işlər naziri Dmitri Kuleba, Prezident Vladimir Zelenski və digər ukraynalı siyasətçilər belə silahlara ehtiyaclarının olduqlarını bildiriblər. Onların fikrincə, məhz bu sistemlər müharibənin gedişatını dəyişə bilər.

Məlumatda Bayden administrasiyasının sözügedən sistemləri gələn həftə Ukraynaya təhvil verə biləcəyi deyilib.