Xəlil Rza Ulutürkün həyat yoldaşı vəfat etdi

27 May 2022 10:36 (UTC+04:00)

Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı, Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Ulutürk vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, o, bu gün səhər saatlarında 89 yaşında dünyasını dəyişib.