Ukrayna Rusiya ərazisini atəşə tutdu - Qubernator açıqladı

27 May 2022 11:26 (UTC+04:00)

Rusiya Ukrayna ilə sərhəddə yerləşən kəndinin atəşə tutulduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Kreml Ukraynanın Belqorod vilayətinin sərhədyanı Juravlevka kəndini atəşə tutduğunu və kəndə girişi qadağan etdiyini bildirib.

Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Qubernatorun sözlərinə görə, ümumilikdə 13 təsərrüfat zərər çəkib.

“Vəziyyət yenidənqurma işlərinə başlamağa imkan vermir. İnşaatçıların həyatını riskə atmayacağıq. Atəş zamanı zərərçəkənin vəziyyəti stabildir. Yarası orta ağırdır, əməliyyatdan sonra palataya yerləşdirilib”, - qubernator deyib.

Eyni zamanda, Vyaçeslav Qladkov hətta Juravlevkanın atəşə tutulmasının bütün günü davam etdiyini qeyd edib.