Generallar “TEKNOFEST Azərbaycan”da - Foto

27 May 2022 12:02 (UTC+04:00)

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı davam edir.

Teleqraf.com xəbər verir ki, bu gün Müdafiə Sənayesi naziri, general-leytenant Mədət Quliyev və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev festivalda iştirak ediblər.

Onlar festivalda təqdim olunan Azərbaycan və Türkəyinin hərbi texnikaların izləyib, məlumat alıblar.

Qeyd edək ki, “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunur. Bu gün başlayan festival mayın 29-una qədər davam edəcək. Festivalda iştirak üçün 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.