İrəvanda növbəti mitinqə hazırlıq gedir

27 May 2022 13:26 (UTC+04:00)

Erməni müxalifəti mayın 28-də paytaxt İrəvanda izdihamlı mitinqə hazırlaşır.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki aksiya Fransa meydanında keçiriləcək.

Mitinqdən sonra yürüş planlaşdırılıb.

Robert Köçəryanın ölkə müxalifətinin “lideri” statusuna gətirmək istədiyi vitse-spiker İşxan Saqetlyan bildirib ki, iyunun 3-də keçiriləcək parlamentin iclası zaman Paşinyan komandası Azərbaycanla razılaşmanı əsaslandıracaq.

O insanları mayın 28-də küçələrə çıxamağa və mitinqdə iştiraka səsləyib.