Ruslar Ukraynada “Solntsepek” alov qurğusunu işə salıb - Video

27 May 2022 14:40 (UTC+04:00)

Rusiya Ukraynaya qarşı ən ağır silahlardan istifadə edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində Rusiyanın “Solntsepek” alov qurğusunun etdikləri əks olunan videonu dərc edərək bildirib.

“Bəzi tərəfdaşlar eskalasiyadan qorxaraq lazımi silahları təmin etməkdə tərəddüd edirlər. Eskalasiya?!.”, - Podolyak deyib.

Qeyd edək ki, 2001-ci ildən Rusiya ordusu təkmil TOS-1A “Solntsepek” sistemini qəbul edib. Bu ağır və öldürücü silah sistemi olmaqla bərabər düşdüyü ərazidə ətrafı yandırır.