Səlcuk Bayraktar xanımı ilə Cıdır düzündə - Foto

27 May 2022 17:15 (UTC+04:00)

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuk Bayraktar xanımı ilə birlikdə Şuşaya gedib.

Teleqraf.com xəbər verir ki, Bayraktarı həyat yoldaşı Sümeyye Ərdoğan Bayraktarla yanaşı sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır, nəqliyyat və infrastruktur nazirinin müavini Ömer Fatih Sayan və digər şəxslər müşayiət edib.

Qeyd edək ki, Bayraktar 26-29 may tarixlərində keçirilən “TEKNOFEST Azərbaycan” çərçivəsində ölkəmizdə səfərdədir.