Mehriban Əliyeva Ağalıdakı çörək sexindən paylaşım etdi - Foto

27 May 2022 19:28 (UTC+04:00)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Zəngilan rayonunun Ağalı kəndindən foto paylaşıb.

Teleqraf.com paylaşımı təqdim edir:

“Ağalı kənd sakinləri üçün isti təndir çörəyi. Allah hər evə, hər ocağa bol ruzi-bərəkət nəsib etsin!"