Üç qadının məhbus həyatına son qoyuldu

27 May 2022 19:32 (UTC+04:00)

Bugünkü sərəncamla azad edilənlər arasında üç qadın da var.

Teleqraf.com xəbər verir ki, onlardan ikisi cəzanın çəkilməmiş hissəsindən, biri isə şərti cəzadan azad olunub.

Cəfərova Züleyxa Rəşid qızı və Hüseynova Əfsanə Fəxrəddin qızı cəzanın çəkilməmiş hissəsindən, Mahmudova Sevda Rəcəb qızı isə şərti cəzadan azad edilib.