Ərdoğan sabah Azərbaycana gələcək

27 May 2022 22:20 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, Ərdoğan Türkiyə xaricində ilk dəfə paytaxt Bakıda təşkil edilən “TEKNOFEST Azərbaycan” festivalına qatılacaq.

Səfər bir gün davam edəcək.