Belarusdan Ukraynaya "İskəndər" mesajı – Döyüş qüvvələri sərhədə yeridildi

28 May 2022 10:39 (UTC+04:00)

Belarus ərazisindən Ukraynanın infrastrukturlarına və Müdafiə Qüvvələrinin bölmələrinə zərbələrin endirilməsi təhlükəsi qalır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son məlumata görə, “İskəndər-M” operativ-taktiki raket komplekslərinin bölməsi Belarusun Brest vilayətinin Luninets qəsəbəsində yerləşdirilib. Qəsəbə Ukrayna ilə sərhəddə yerləşir.

Belarus Silahlı Qüvvələrinin bölmələri Volın və Polissya ərazilərində Belarus-Ukrayna sərhədinin mühafizəsinin gücləndirilməsi üzrə tapşırıqların icrasını davam etdirir. Sərhəd boyunca yerləşdirilmiş bölmələr manevr birləşmələri ilə gücləndirilib.

Ehtiyatda olan zabitlərin Belarus ordusuna çağırılmasının davam etdiyi də bildirilib.