Üç Avropa ölkəsi mövqelərinə yenidən baxa bilər – Ukraynada savaşı bitirirlər?

28 May 2022 13:05 (UTC+04:00)

Almaniya, İtaliya və Fransa Ukrayna tərəfinə dəstək verməklə bağlı mövqelərinə yenidən baxa bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə siyasi icmalçı Daniel Depetris “Newsweek” jurnalı üçün məqaləsində bildirib.

Onun sözlərinə görə, hazırda Ukraynanın sadiq tərəfdarı olan bir sıra Qərb liderləri öz siyasətlərinə yenidən baxmağa başlayacaqlar.

“Almaniya, İtaliya və Fransa Ukraynada hərbi əməliyyatların mümkün qədər tez bitməsində getdikcə daha çox maraqlıdırlar”, - deyə Depetris bildirib.

Bundan əvvəl Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrell bildirmişdi ki, Aİ-nin hərbi ehtiyatları Ukraynaya yardıma görə tükənib.