Ukrayna Türkiyədən kömək istədi - İlk növbədə tekstil...

28 May 2022 23:53 (UTC+04:00)

Rusiyanın hücumlarından sonra çətin günlər keçirən Ukraynanın investisiya zəncirləri zədələndiyi üçün Türkiyədən kömək istəyib.

Teleqraf.com xəbər verir ki, Ukrayna xammal ehtiyatlarını Türkiyədən alan sənayeçilərə, ilk növbədə tekstil istehsalçılarına Türkiyədən dəstək xahiş edib.

Məlumata görə, ölkənin dəniz və kənd təsərrüfatı avadanlığı ilə alternativ nəqliyyat yolunun yaradılması da istənilib.

Qarşıdakı dövrdə Ukraynaya xammal və digər oxşar məhsullar satan Türkiyə şirkətlər öz həll təkliflərini Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) ilə bölüşəcəklər. Müharibə ilə əlaqədar ixracatda yaşanan problemlər barədə də iqtisadiyyat rəhbərliyi məlumatlandırılacaq.