Ukraynanın bu vilayəti Moskva vaxtına keçdi

28 May 2022 18:04 (UTC+04:00)

Rusiyanın ələ keçirdiyi Xerson vilayəti Moskva vaxtına keçib.

Teleqraf.com xəbər verir ki, bunu regionun hərbi-mülki administrasiyası rəhbərinin müavini Kirill Stremousov deyib.

“Biz Moskva vaxtına keçdik və indi Moskva vaxtı ilə yaşayırıq. Moskva Xerson vilayətində zamanın mərkəzidir”, - deyə RİA Novosti K.Stremousovdan sitat gətirir.

Onun sözlərinə görə, bu ildən etibarən Xerson vilayəti qış vaxtına keçməyəcək.

Bundan əvvəl Ukraynanın qismən ələ keçirilən Zaporojye vilayətinin Moskva vaxtına keçdiyi açıqlanıb.

Krım başçısının müşaviri Oleq Kryuçkov isə bildirib ki, Xerson və Zaporojye vilayətləri Rusiyanın +7 telefon koduna keçir.