“Süfrələriniz dolma və kababla dolu olsun” - İsrail səfiri

28 May 2022 12:41 (UTC+04:00)

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, səfir bununla bağlı öz rəsmi tviter hesabında paylaşım edib.

“Azərbaycana arzu edirəm ki, süfrələriniz dolma, piti, düşbərə və kababla dolu olsun, həmişə sağlam, firavan və xoşbəxt olasınız, qəlbləriniz həmişə belə isti və qonaqpərvər olsun və ocağınız əbədi olaraq alovlansın. Müstəqillik Gününüz mübarək!", - deyə səfir qeyd edib.