Əfv sərəncamının icrası başa çatdı

28 May 2022 14:32 (UTC+04:00)

Azərbaycanda əfv sərəncamının icrası başa çatıb.

Teleqraf.coom xəbər verir ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub.

Onlardan 167 şəxs azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsindən azad olunub. 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad edilib, 36 şəxsin azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsi yarıyadək endirilib.

3 şəxs şərti məhkumluqdan, 6 şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad olunub.