İlham Əliyev AXC-nin şərəfinə ucaldılmış abidəni ziyarət etdi

28 May 2022 14:26 (UTC+04:00)

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Müstəqillik Günü münasibətilə ziyarət edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı abidənin önünə gül dəstəsi qoyub.