Prezidentlər "Türk ulduzları" və "Solotürk" qruplarının çıxışlarını izləyirlər

28 May 2022 17:02 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST-Azərbaycan" Festivalında Azərbaycan Hərbi Hava Qüvvələri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk ulduzları" və "Solotürk" qruplarının nümunəvi çıxışlarını izləyirlər.

Teleqraf.com xəbər verir ki, aviaşounu izləyənlər arasında “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, həmçinin Sümeyyə Bayraktar və Arzu Əliyeva, Nobel mükafatı laureatı professor Əziz Sancar da var.