Türkiyə Qara dənizdən qaz istehlak edəcək - Oktay açıqladı

28 May 2022 21:35 (UTC+04:00)

Türkiyə Qara dənizdən hasil edilən qazı 2023-cü ilin birinci rübündən istehlak etməyi planlaşdırır.

Teleqraf.com-un məlumatına görə ki, bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay açıqlama verib.

“Türkiyədə olan bütün vətəndaşlarımıza 2023-cü ilin birinci rübündə Qara dənizdən hasil olunan qazı mətbəxlərində yandıracaqları ilə bağlı müjdə vermək istərdim”, - Oktay qeyd edib.