“Bred Pittdən boşandıqdan sonra” - Məşhur aktrisa

29 May 2022 01:11 (UTC+04:00)

Amerikalı aktrisa Cennifer Eniston aktyor Bred Pittdən boşandıqdan sonra prixoterapevtə getdiyini etiraf edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Amerikanın “Ellen şou” televiziya verilişinə danışıb.

Aktrisa bildirib ki, Pittdən ayrılıq məşhur “Dostlar” serialının çəkilişlərinin bitməsinə təsadüf edib:

“Boşandım və müalicəyə getdim. Daha sonra “Amerikasayağı boşanma” filmində rol aldım. Və sonra qərara gəldim ki, həyatımda yeni bir səhifə açmalıyam. Beləliklə, hər şeyi yenidən başladım. İşə yaradı”.

Cennifer Eniston və Bred Pitt 5 il evli olub, 2005-ci ildə boşanıblar.