Daha bir ölkədə meymunçiçəyinə yoluxma aşkarlandı

29 May 2022 01:39 (UTC+04:00)

Meksikada meymunçiçəyinə ilk yoluxma aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Meksikanın səhiyyə nazirinin müavini Huqo Lopes-Qatell məlumat verib.

“Virusun aşkarlandığı 50 yaşlı Nyu-York sakinidir və Niderlandda yoluxduğu ehtimal edilir. O, hazırda Mexikodadır. Xoşbəxtlikdən onun vəziyyəti stabildir”, - deyə nazir müavini qeyd edib.