Çempionlar Liqasının finalında 68 nəfər saxlanılıb

29 May 2022 08:51 (UTC+04:00)

Fransa polisi Parisdə UEFA Çempionlar Liqasının finalında "Real Madrid" ilə "Liverpul" klubları arasında oyunu zamanı 68 nəfəri saxlayıb.

Teleqraf.com xəbər verir ki, həmin şəxslər “Stad de Frans” stadionunun yaxınlığında, eləcə də hər iki fan zonada saxlanılıb. Qarşıdurma zamanı 200-dən çox insan yüngül xəsarət alıb, onlara yerindəcə tibbi yardım göstərilib

İğtişaşlar matç başlamazdan əvvəl başlayıb və bu səbəbdən oyun 37 dəqiqə gecikib.