"TEKNOFEST"in son günündə nələr olacaq? - Proqram

29 May 2022 10:00 (UTC+04:00)

Bu gün “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının son günüdür.

Teleqraf.com xəbər verir ki, festivalın sonuncü günündə səhər saat 09:00-dan axşam 18:00-dək sərgi ziyarətçilərə açıq olacaq.

Hər kəsin böyük həyəcan və maraqla gözlədiyi hava şouları və attraksionlar isə saat 12:35-18:00-dək davam edəcək.

Saat 18:00-da isə tədbirin bağlanış mərasimi baş tutacaq. 19:00-21:30 arasında isə qonaqları konsert proqramı və lazer şou gözləyir.

Qeyd edək ki, “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Səlçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunur.

Azərbaycanda “TEKNOFEST Azərbaycan”nın təşkilatçılığı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.