Saatlıda narkotik bağbanı tutuldu - Foto

29 May 2022 12:54 (UTC+04:00)

Saatlı rayonunda həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərilməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Araşdırmalarla həmin şəxsin rayonun Sarıcalar kənd sakini Natiq Cəfərzadə olduğu müəyyən edilib.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 29 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı rayon polis şöbəsində cinayət işi açılıb.

Saatlı rayon məhkəməsinin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.