İmran Xan Şərifə vaxt verdi - "2 milyon tərəfdarımla..."

29 May 2022 12:40 (UTC+04:00)

Pakistanın sabiq baş naziri İmran Xan hazırkı baş nazir Şahbaz Şərifə yeni seçkilərin elan olunması üçün 6 gün vaxt verdiyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, İmran Xan ölkənin ABŞ-dan xüsusi qrup tərəfindən idarə olunduğunu iddia edib.

"Bu kənardan idarə olunan hökumətə 6 gün vaxt verirəm. Əks halda 2 milyon tərəfdarımla İslamabada daxil olacağam", - qeyd edib.