Nepalda təyyarə qəzası - Bütün sərnişinlər öldü

30 May 2022 08:44 (UTC+04:00)

Nepalda təyyarə qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, göyərtəsində 22 nəfərin olduğu “Tara Air” şirkətinə məxsus təyyarənin qalıqları tapılıb.

Təyyarənin qalıqları Mustanq ərazisində tapılıb.

Təyyarə bazar günü səhər Poxara hava limanından Comsoma qalxıb, bir neçə dəqiqədən sonra onunla əlaqə kəsilib.