Bakıda qadına qarşı – Cinayət

8 İyun 2022 11:44 (UTC+04:00)

Bakının Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə iyunun 2-də M.Rüstəmov küçəsində Bakı şəhər sakini S.Qəhrəmanovun 8330 manat pulunun soyğunçuluq yolu ilə əlindən alınması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Ə.Ağayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.