Bakıda narkotiklərlə bağlı əməliyyat keçirildi

8 İyun 2022 12:25 (UTC+04:00)

Bakının Yasamal rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Salyan rayon sakini H.Mikayılovdan marixuana, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ağayevdən isə 1 kiloqram 510 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Hövsan qəsəbə sakini E.Məmmədovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 299 ədəd çətənə kolu aşkar edilib.