Mərkəzi Bankın departament direktoru işdən çıxarıldı

10 İyun 2022 15:33 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) Təhlükəsizlik Departamentində kadr dəyişikliyi olub.

Teleqraf.com Report-a istinadən xəbər verir ki, departamentin direktoru Gülnarə Daşdəmirova vəzifəsindən azad edilib, lakin AMB-dən ayrılmayıb.

Məlumata görə, onun yerinə bu vəzifəyə Namir Abbas oğlu Quliyev təyin edilib.