Əhliman Əmiraslanov vətəndaşları qəbul etdi

16 İyun 2022 16:45 (UTC+04:00)

16 iyun 2022-ci il tarixdə Milli Məclisin inzibati binasında Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.

Teleqraf.com xəbər verir ki, komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Səsləndirilən müraciətlər əsasən səhiyyə, işlə təminat, əmək pensiyaları, sosial məsələlərlə bağlı müraciətlər olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.