Ermənistan Kəlbəcəri atəşə tutdu

17 İyun 2022 10:00 (UTC+04:00)

İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.