Rusiyanın keçmiş dövlət katibi Bakıda vəfat etdi

19 İyun 2022 19:40 (UTC+04:00)

İyunun 19-da günorta saatlarında Rusiya Federasiyası hökumətinin keçmiş dövlət katibi və baş nazirinin birinci müavini, 76 yaşlı Gennadi Burbulis Bakıda vəfat edib.

Teleqraf.com xəbər verir ki, məlumatı TASS-a siyasətçinin qızı Yuliya Burbulis təsdiqləyib.

Məlumata görə, Burbulis Bakıda otellərdən birində saunada olarkən ölüb.

Burbulis beynəlxalq forumda iştirak etmək üçün Bakıya gəlib. Hələlik ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Gennadi Eduardoviç Burbulis - Sovet və Rusiya dövlət və siyasət xadimidir. Boris Yeltsinin prezidentliyinin əvvəlində ən yaxın silahdaşlarından biri olub. 1991-1992-ci illərdə dövlət katibi və Rusiya baş nazirinin birinci müavini vəzifələrində çalışıb.