Prezidentin köməkçisi Qarabağa səfər edən səyyahlarla görüşdü

19 İyun 2022 23:13 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev "Most Traveled People" (Ən çox səyahət edənlər) səyahətçilər klubunun üzvləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Hikmət Hacıyev "Twitter" hesabındakı paylaşımında qeyd edib.

"Most Traveled People" Klubunun üzvləri ilə görüşməkdən məmnun oldum. Səyahətçilər Kəlbəcərdən Şuşayadək azad edilmiş ərazilərə səfər etdilər və erməni işğalının, vandalizminin miqyasına və dağıntılarına şahid oldular. Həmçinin, Azərbaycanın yenidənqurma və şəhər inkişafının sürətinə heyran oldular",- deyə Hikmət Hacıyev qeyd edib.