Ermənistanda Rusiya üstündə atışma - 2 ölü, 5 yaralı

20 İyun 2022 01:16 (UTC+04:00)

Ermənistanın Araqasotn rayonunda atışma olub.

Teleqraf.com xəbər verir ki, hadisə ötən gün, yerli vaxtla saat 19:45-də Niqavan kəndində olub. Atışma zamanı 7 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan ikisi orada ölüb.

Atışmaya Rusiyadakı siyasi durumla bağlı mübahisə səbəb olub.

Ölənlərdən biri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. Atışma zamanı həlak olan daha bir nəfər - Amayak Mikaelyan isə hərbi qulluqçu olub.

Digər məlumata görə, "Vətəndaş sazişi" Partiyasının üzvlərindən biri Baş nazir Nikol Paşinyanı təhqir edən gəncləri atəşə tutub.

Faktla bağlı araşdırma aparılır.