"Qarabağ" Avstriyaya yollandı

20 İyun 2022 09:32 (UTC+04:00)

İyunun 9-dan yeni mövsümün hazırlığına başlayan “Qarabağ” Bakıdakı təlim-məşq toplanışını başa vurub.

Teleqraf.com xəbər verir ki, "köhlən atlar" hazırlıq prosesinin ikinci mərhələsi üçün ötən gecə Avstriyaya yollanıb.

Ağdam təmsilçisi sözügedən ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Hələlik rəqiblərin adları bəlli deyil.

Qeyd edək ki, 2022/2023 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" I təsnifat mərhələsində Polşa "Lex"i ilə qarşılaşacaq.