Rus bankından kritik qərar - Gürcüstanı tərk edir, Azərbaycanda isə...

20 İyun 2022 20:44 (UTC+04:00)

Sanksiyalara məruz qalan Rusiyanın “VTB Bank”ı Gürcüstan bazarını tərk edir.

Teleqraf.com xəbər verir ki, bu barədə "VTB Bank"ın rəhbəri Andrey Kostin məlumat verib.

O bildirib ki, bank təkcə Gürcüstanı tərk edəcək:

“VTB Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Çin və Hindistanda qalmaqda davam edir. Bizim mövqeyimiz prinsipialdır, biz hər yerdə qalırıq. Bu ölkələrdə biznesimizin inkişafı üçün perspektivlər görürük. Biz yalnız Gürcüstandan gedirik, bu ölkədə vəziyyət bir qədər başqadır”.