AFFA Milan Obradoviçlə yollarını ayırdı

21 İyun 2022 16:36 (UTC+04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçin müqavilə müddəti başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

AFFA Milan Obradoviçə U-21 milli komandasında fəaliyyətinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.

Azərbaycan U-21 milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.