Beyləqanda zəhərlənənlərin vəziyyəti açıqlandı

23 İyun 2022 09:53 (UTC+04:00)

Beyləqanda zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti stabildir.

Bunu Teleqraf.com-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzinin (TƏBİB) Mətbuat katibi Zamirə Adilova deyib.

O bildirib ki, həmin şəxslər hazırda stasionar nəzarətdədir:"Vəziyyətləri stabildir, gün ərzində həmin şəxslər ambulator müalicə üçün evə buraxılacaqlar".

Xatırladaq ki, Beyləqan rayonunda 15 nəfər pambıq sahəsində pambıq yığarkən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.