ANAMA 18 ədəd minatəmizləyən maşın aldı

23 İyun 2022 13:27 (UTC+04:00)

İşğaldan azad olmuş ərazilərin havadan tədqiqatı üçün İngilltərənin "Arpies NRC" şirkəti ilə müqavilə imzalanıb.

Teleqraf.com xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, tədqiqatçılar hazırda dronlarla və müxtəlif cihazlarla əraziləri tədqiq edir:

"Tədqiqatın nəticəsi süni intellekt vasitəsi ilə emal olunur. Bu da minatəmizləyənlərin işinin asanlaşdırılması üçün xüsusi önəm daşıyır".

Sədr qeyd edib ki, 18 ədəd minatəmizləyən maşın alınıb və azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə cəlb olunub.