Ərzaq təhlükəsizliyinə neçə milyon ayrılıb? - Samir Şərifov

23 İyun 2022 13:56 (UTC+04:00)

Azərbaycan ərzaq təhlükəsizliyi sahəsində ehtiyatın yaradılması üçün vəsait ayırır.

Teleqraf.com xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

"Ərzaq məhsullarının qiymət artımını nəzərə alsaq, bu il üçün dövlət büdcəsinə dəyişikliklər çərçivəsində ərzaq təhlükəsizliyi sahəsində ehtiyatın yaradılması məqsədilə 193 milyon manat vəsait ayrılıb", - deyə nazir bildirib.

Onun sözlərinə görə, hökumət Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq müəyyən antiinflyasiya tədbirləri hazırlayıb və reallaşdırır:

"Onların böyük əksəriyyəti Azərbaycana idxal olunan qida məhsullarına mövcud gömrük rüsumları və müəyyən vergilərin aradan qaldırılması ilə bağlıdır. Bununla bağlı müvafiq qərarlar qəbul edilir. Hesab edirik ki, bu qərarların reallaşdırılması nəticəsində qiymətlərdə müəyyən azalma olacaq".