Azərbaycanın ABŞ-dakı səfiri Baydenlə görüşdü - Foto

25 İyun 2022 08:04 (UTC+04:00)

Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfiri Xəzər İbrahim Prezident Cozef Baydenlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə səfir tviter hesabında yazıb.

"Təşəkkür edirəm Cənab Prezident", - Xəzər İbrahim sosial şəbəkə hesabında qeyd edib.

Diplomat görüşün təfərrüatlarını açıqlamayıb.