Ukraynadakı rus ordusuna nəzarət ona tapşırıldı - Putindən qərar

27 İyun 2022 15:13 (UTC+04:00)

Ukraynada müharibə aparan rus ordusuna general-polkovnik Gennadi Jidko rəhbərlik edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-dakı Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

ISW xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi, general-polkovnik Gennadi Jidko Ukraynadakı əməliyyata rəhbərlik edir.

Bundan sonra müharibənin aparılmasına rusiyalı general-polkovnik Gennadi Jidko cavabdeh olacaq.

ISW əlavə edib ki, Kreml Ukraynada müharibəni tam səfərbərlik olmadan davam etdirmək məqsədilə “gizli səfərbərlik” keçirmək üçün Rusiya qanunlarını manipulyasiya etməyə davam edir.

Rusiya Dövlət Duması iyunun 28-də “Hərbi xidmət haqqında” qanuna hərbi xidmətə ehtiyacdan yan keçmək üçün gənclərə yetkinlik yaşına və ya orta məktəbi bitirən kimi hərbi müqavilələr təklif etməyə imkan verən dəyişikliyə baxılacağını açıqlayıb.