Cəlilabadda ağır yol qəzası oldu

27 İyun 2022 11:59 (UTC+04:00)

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı "Mercedes" və "VAZ-2109" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində rayonun Qarazəncir kənd sakinləri - 1975-ci il təvəllüdlü Həsənova Xalidə Arabxan qızı və 1971-ci il təvəllüdlü Muradov Həzi İsmayıl oğlu müxtəlif ağır bədən xəsarətləri alıb.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.