"Zəngəzur dəhlizinin açılmasını dəstəkləyirik" - Çavuşoğlu

27 İyun 2022 11:44 (UTC+04:00)

"Xəzər dəhlizləri xüsusi önəm daşıyır. Nəqliyyat və logistika xətlərini inkişafı bölgəyə mühim töfhə verəcək".

Teleqraf.com-un xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin bu gün Bakıda keçirilən birinci üçtərəfli iclasından sonrakı brifinqqə deyib.

“Eyni şəkildə energetika sahəsində əməkdaşlığımızı genişləndirmək istəyirik. Ermənistanla münasibətlərin normallaşması və Zəngəzur dəhlizinin açılmasını dəstəkləyirik. Ümid edirəm ki, bu istiqamətdə işlərə türk dövlətləri də böyük töhfə verəcəklər", - XİN başçısı qeyd edib.

Çavuşoğlu eyni zamanda Azərbaycan Ordusunu təbrik edib:

"Can Azərbaycanın Silahlı Qüvvələrini təbrik edirəm. Azərbaycan ordusu Vətən müharibəsində qəhrəmanlığını və türkün gücünü göstərdi".